30 iyun 2026. Çərşənbə axşamı

"Real"a keçməklə düzgün qərar verib" - Ronaldo Bellinqhem haqqında


"Real"a keçməklə düzgün qərar verib"  - Ronaldo Bellinqhem haqqında

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo özünün "YouTube" kanalında "Real Madrid"in gənc yarımmüdafiəçisi Cude Bellinqhem haqqında danışıb.

90deqiqe.Az xəbər verir ki, Ronaldo ingilis futbolçunun böyük potensiala və böyük istedada malik oyunçu olduğuna inandığını bildirib. Portuqaliyalı qeyd edib ki, Cude "Real Madrid"ə keçməklə düzgün qərar verib, çünki bu, onun böyüyə biləcəyin klubdur.

"Mən onun yeni nəslin ən yaxşı oyunçularından biri olacağına inanıram" .

Xatırladaq ki, Cude Bellinqhem 2023-cü ilin yayından "Real Madrid"də çıxış edir. İngilis futbolçu builki "Qızıl top"a iddialılardan biridir. Ötən mövsüm Bellinqhem La Liqada 28 oyun keçirib, 19 qol vurub və 6 məhsuldar ötürmə edib.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"