- İspaniya L.L.
- 21:41 04.10.2024
"Real Madrid"in qapıçısı Tibo Kurtua həddindən artıq sıx təqvim səbəbiylə futbolçuların ola biləcək tətilindən danışıb.
90deqiqe.Az xəbər verir ki, belçikalı qolkiiper "Madrid Unviersal"a bildirib ki, oyunçular tətil edə bilər, çünki hazırkı təqvimlə çoxları üçün həqiqətən çətindir.
"Real Madrid"in qapıçısı qeyd edib ki, məsələ hətta çox sayda matçda deyil, mövsümlər arasında demək olar ki, fasilənin olmamasındadır. Avro və Amerika Kubokunda uzağa gedənlərin üç həftəlik məzuniyyəti var idi. Bu, sadəcə olaraq mümkün deyil. NBA-da oyunçular dörd ay istirahət edirlər”
Xatırladaq ki, bundan əvvəl “Real Madrid”dən Dani Karvaxal və “Mançester Siti”dən Rodri Hernandes futbolçuların mümkün zərbəsindən danışmışdılar. Hər iki futbolçu builki “Qızıl top”a iddialıdır.