- İspaniya L.L.
- 16:21 24.11.2024
"Barselona" yarımmüdafiəçi Pedri ilə müqaviləni uzatmaq niyyətindədir.
90deqiqe.Az-ın “MundoDeportivo”ya istinadən məlumatına görə, futbolçunun agenti Hektor Peris Kataloniya klubunun idman direktoru Deko ilə görüş keçirib və görüşdə tərəflər mərkəz yarımmüdafiəçisi ilə müqavilənin uzadılmasını müzakirə ediblər.
Görüşün məhsuldar keçdiyi hər iki tərəfin əməkdaşlığı davam etdirmək istədiklərini bildiriblər. Amma indi “Barselona” komandadakı iqtisadi vəziyyətə görə yarımmüdafiəçiyə yeni müqavilə təklif edə bilmir.
Pedrinin "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.