- İspaniya L.L.
- 23:16 19.12.2024
"Barselona"nın qapıçısı Mark-Andre ter Şteqen İspaniya çempionatının 6-cı turunun "Vilyarreal"la oyununda (5:1) sıradan çıxıb.
90deqiqe.Az xəbər verir ki, alman qolkiperin zədə səbəbindən 7-9 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu barədə jurnalist Xavi Migel "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Təcrübəli qolkiper kataloniyalılar üçün start heyətdə başlasa da ilk hissədə dizindən zədə allıb və İnyaki Pena ilə əvəzlənib. Alman oyunçu meydanı xərəkdə tərk edib.
La Liqanın 6-cı turunun "Vilyarreal" - "Barselona" matçı yenicə başa çatıb. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayıb. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. Yekun hesab 5:1.