- İspaniya L.L.
- 22:56 22.11.2024
"Barselona"nın və Çili yığmasının sabiq qapıçısı Klaudio Bravo yaşıl meydanlara qayıda bilər.
90deqiqe.Az xəbər verir ki, 41 yaşlı keçmiş qolkiper Kataloniya klubundan təklif alacağı təqdirdə futbolçu karyerasına qayıtmağa hazır olduğunu bildirib.
"Barselona" zəng etsə, mən hazır olacam"
Daha əvvəl məlum olmuşdu ki, "Barsa"nın əsas qapıçısı Mark-Andre ter Ştegen sağ dizində bud nahiyəsinin qopması onun 7-8 ay yaşıl meydanlardan uzaq qalmasına səbəb olub. Bravo keçən yay "Real Betis"dən ayrıldıqdan sonra karyerasını bitirdiyini açıqlamışdı.Onun rekorduna "Mançester Siti", "Real Sosyedad" və "Kolo-Kolo" kimi komandalar da daxildir.