19 dekabr 2025. Cümə

Rodri üçün mövsüm bitdi


Rodri üçün mövsüm bitdi

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin son durumu bəlli olub.

90deqiqe.Az xəbər verir ki, "şəhərlilər" İngiltərə çempionatının 5-ci turunda "Arsenal"la matçda (2:2) zədələnən ispan futbolçunun sağ dizindəki ön çarpaz bağın qopması səbəbindən bu mövsümün qalan hissəsini buraxacağını bildirib.

Oyunçu sözügedən matçın 21-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.Bu mövsüm Rodri effektiv olmadığı bütün turnirlərdə üç matçda iştirak edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.







İspaniya L.L.

Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı