12 aprel 2026. Bazar günü

"Real" Mendi ilə bağlı qərar verib


"Real" Mendi ilə bağlı qərar verib

Müdafiəçi Ferland Mendi "Real"la müqaviləsini uzadıb.

90deqiqe.Az xəbər verir ki, bunu İspaniya yığmasının baş məşqçisi Karlo Ançelotti deyib.

"Klubda ona heyrandırlar, müqaviləni uzadıb, onunla hər şey qaydasındadır", - "Marca" italiyalı mütəxəssisin sözlərindən sitat gətirir.

Daha əvvəl madridlilərin 29 yaşlı fransızla yeni müqaviləsinin 2026/2027 mövsümünün sonuna qədər qüvvədə olacağı bildirilirdi. Mendi 2019-cu ildən "Real Madrid"də çıxış edir. O, klubla 11 kubok, o cümlədən üç İspaniya və iki Çempionlar Liqası titulunu qazanıb. Bu mövsüm Ferland Mendi "Real Madrid"in heyətində müxtəlif turnirlərdə 6 oyun keçirib. Altı oyunun nəticəsinə əsasən, Los Blankos 14 xalla La Liqa turnir cədvəlində 2-ci yerdədir.







İspaniya L.L.

“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”
“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”
Yamal üçün yaxşı xəbər
  • İspaniya L.L.
  • 18:16 11.04.2026
Yamal üçün yaxşı xəbər
"Real"dan vacib xal itkisi
  • İspaniya L.L.
  • 01:12 11.04.2026
"Real"dan vacib xal itkisi