28 sentyabr 2024. Şənbə

"Barselona" Şesni ilə nə vaxt müqavilə bağlayacaq?


"Barselona" Şesni ilə nə vaxt müqavilə bağlayacaq?

Alman oyunçu Mark-Andre ter Ştegenin zədəsindən sonra yeni qapıçı axtarışında olan “Barselona”nın təcrübəli polşalı qapıçı Voyçex Şesninin nə vaxt müqavilə imzalayacağı məlum olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Kataloniya klubunun 34 yaşlı qolkiperlı sentyabrın 30-da müqavilə imzalayacağını qeyd edib.

Qeyd edək ki, Şesninin “mavi qranatlar”la müqaviləsi 2025-ci ilin iyun ayına kimi qüvvədə olacaq. Polşalı qolkiperin son klubu Turin "Yuventus"u olub. Ötən mövsüm Voyçex Şesni İtaliya çempionatında “qoca sinyora”nın heyətində 35 oyun keçirib, bunun 16-da qapısını təmiz saxlaya bilib.







İspaniya L.L.

Kamavinqa bu tarixdə meydana qayıdacaq
  • İspaniya L.L.
  • 14:10 26.09.2024
Kamavinqa bu tarixdə meydana qayıdacaq
"Real"da Mbappe şoku
  • İspaniya L.L.
  • 15:56 25.09.2024
"Real"da Mbappe şoku