- İspaniya L.L.
- 17:05 05.10.2024
"Barselona" yarımmüdafiəçi Mark Bernala yeni müqavilə təklif etmək niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O Kataloniya klubunun 17 yaşlı ispan futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq yeni uzunmüddətli müqavilə imzalamaq istəyir. Yeni müqaviləyə əsasən, təzminat məbləği təxminən 500 milyon avro olacaq.
Qeyd edək ki, yarımmüdafiəçi hazırda zədəlidir. La Liqanın 3-cü turunun “Rayo Valyekano” ilə oyununda Bernalın dizinin çarpaz bağı yırtılıb. Xatırladaq ki, bu mövsüm Mark Bernal “mavi qranatlar”ın tərkibində İspaniya çempionatında üç oyun keçirib, lakin heç bir qol və ya məhsuldar ötürmə etməyib.