- İspaniya L.L.
- 17:05 05.10.2024
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik uzun müddətdir zədə səbəbindən meydana çıxmayan yarımmüdafiəçilər Frenkie de Yonq və Qavinin səhhəti ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano alman çalışdırıcının dediklərini belə çatdırıb:
“Mən məşqdə müsbət dinamika görürəm, Frenkinin irəliləyişindən məmnunam. Qavi də yaxşı işləyir. Onlar getdikcə güclənir və bizə kömək edə biləcəklər. Gələn həftə işlərin necə gedəcəyini görəcəyik”
Qavi keçən ilin noyabrında çarpaz bağını qoparmışdı. De Yonq 2024-cü ilin aprelində aldığı topuq zədəsini sağaldır.