- İspaniya L.L.
- 21:41 04.10.2024
"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann "Real"la gözlənilən görüş haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, “DAZN” fransalı futbolçunun dediklərini belə çatdırıb:
“Evdə "Real Madrid"ə qarşı oynamaq həmişə xüsusi bir şeydir. Qarşılaşmadan əvvəl paltardəyişmə otağında gərgin intizar var, meydana çıxmaq üçün səbirsizlənirsən. Yaya yeni gələnlərə bu rəqabətin ruhunu necə izah edək? Bunu izah etmək çox çətindir. Düşünürəm ki, onlar özləri də matç ərzində bunu başa düşəcək və xüsusi ab-havanı hiss edəcəklər. Ümid edirəm ki, üç xal qazanacağıq və gözəl axşam keçirəcəyik”
“Döşəkçilər” La Liqanın səkkizinci turunun matçında doğma divarlarında “qaymaqlılar”ı qəbul edəcək. Başlanğıc fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.