- İspaniya L.L.
- 15:50 11.10.2024
Polşalı təcrübəli qapıçı Voyçex Şesni “Barselona” ilə müqavilə imzalamazdan əvvəl tibbi müayinədən uğurla keçib.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 34 yaşlı qolkiperin Kataloniya klubuna keçməzdən əvvəl tibbi müayinədən keçdiyini və "mavi qranatlar"la bu mövsümün sonuna qədər müqavilə imzaladığını qeyd edib.
Qapıçının transferi yaxın vaxtlarda rəsmi olaraq açıqlanacaq.
Qeyd edək ki, Şesni yeni komandasının Çempionlar Liqasının 2-ci turunda “Yanq Boyz”la oyununa tribunadan baxacaq.
Xatırladaq ki, Voyçex Şesni ötən mövsüm “Yuventus”da çıxış edib. Ötən mövsüm İtaliya çempionatında Turin klubunun tərkibində 35 oyun keçirən polşalı, 16-da qapısını təmiz saxlaya bilib.