- İspaniya L.L.
- 10:15 12.10.2024
"Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta peşəkar karyerasını bitirmək qərarına gəlib.
90deqiqe.Az-ın “Relevo”ya istinadən məlumatına görə, 40 yaşlı futbolçu qərarını oktyabrın 8-də açıqlamaq niyyətindədir.
Xatırladaq ki, mərkəz yarımmüdafiəçisinin son klubu BƏƏ-dən olan “Emirates” olub. O, İspaniya millisində 131 oyun keçirib və bu oyunda 14 qol vurub.
İnyesta “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin doqquz dəfə İspaniya çempionatının qalibi olub. 2010-cu ildə Dünya Çempionatının, 2008 və 2012-ci illərdə isə Avropa Çempionatının qalibi olub.