30 iyun 2026. Çərşənbə axşamı

"Barselona" Şesninin transferini açıqladı


"Barselona" Şesninin transferini açıqladı

Polşalı qapıçı Voyçex Şesni İspaniyanın "Barselona" klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

34 yaşlı qolkiper yeni klubu ilə 2025-ci il iyunun 30-na kimi nəzərdə tutulan müqaviləyə qol çəkib.

Daha əvvəl Voyçex Şesni karyerasını başa vurduğunu açıqlasa da, "Barselona"nın marağı fonunda futbola qayıtmaq istədiyini bildirmişdi. Onun əvvəlki klubu 2017-ci ildən çıxış etdiyi İtaliyanın “Yuventus”u olub. Bundan əlavə, futbolçunun karyerasına İtaliyanın “Roma”, İngiltərənin "Brentford" və “Arsenal” klubları daxildir. O, “Yuventus”la üçqat İtaliya çempionudur (2017/2018, 2018/2019, 2019/2020).







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"