- İspaniya L.L.
- 16:16 21.11.2024
"Barselona"nın gənc futbolçusu Lamin Yamal İspaniya La Liqasında ötən ilin sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, ispan futbolçu "Real Madrid"in hücumçusu Kilian Mbappe, "Atletik"in vingeri İnyaki Uilyams və "Betis"in yarımmüdafiəçisi Covanni lo Selsonu qabaqlayaraq buna nail olub.
Keçən ay Yamal "Barsa"nın heyətində üç oyunda rəqiblərə qarşı üç qol vurub və bir məhsuldar ötürmə edib. İspaniya çempionatının son səkkiz turunun nəticələrinə əsasən, “mavi qranatlar” 21 xalla liderdir. Klubun yeddi qələbəsi və bir məğlubiyyəti var. "Real Madrid" 18 xalla liderdir. Bu həftəsonu “Barselona” IX turda səfərdə “Alaves”lə qarşılaşacaq.