- İspaniya L.L.
- 10:00 09.12.2024
“Mançester Yunayted”, “Yuventus” və Fransa millisinin sabiq müdafiəçisi Patris Evra Kilian Mbappenin millidəki rolu ilə bağlı fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, "RMC Sport" 43 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb:
“Təkcə Deşam deyil, bütün Fransa Mbappeyə həddən artıq çox şey əmanət edib. Ona PSJ-nin açarı verildi, indi isə Fransa millisinin açarları onun əlindədir. Amma o, hələ gənc oyunçudur. Mbappenin Maykl Cordan kimi olmasını və komandasının qalib gəlməsinə kömək etmək istəyirəm. Təbii ki, kapitan sarğısını Qrizmanna verərdim! Və Mbappeyə verdilər. Sən ona sözün əsl mənasında hər şeyi verdin! Bundan sonra onun motivasiyasını necə gözləmək olar? Meydanda zədə alarsa, bu, Pereslə münasibətlərini pozmağın ən qısa yolu olacaq. "Real" bunu etməyəcək. PSJ-nin bu cür risklərə tab gətirməsi mümkün deyil. Ancaq Mbappenin ətrafında bu əfsanəni quran siz oldunuz, baxmayaraq ki, o, hələ Benzema səviyyəsinə çatmayıb”