- İspaniya L.L.
- 10:00 09.12.2024
"Barselona"nın və İspaniya milli komandasının sabiq yarımmüdafiəçisi Andres İnyesta karyerasını başa vurub.
90deqiqe.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində məlumat verib.
39 yaşlı futbolçu 1996-2018-ci illərdə "Barselona" sistemində olub. Bu müddət ərzində o, əsas komandanın heyətində bütün yarışlarda 674 oyun keçirib, 57 qol vurub, 136 məhsuldar ötürmə edib. Bundan əlavə, Andres Yaponiyanın "Vissel Kobe" klubunda vaxt keçirib, onun heyətində 134 oyun keçirib, 26 qol vurub və 25 məhsuldar ötürmə edib.
İnyestanın son klubu Birləşmiş Ərəb Əmirliklərinin “Əmirliyi” olub və o, 23 matçda 5 qol vurub. İspaniya millisinin üzvü kimi İnyesta iki dəfə Avropa çempionu olub və dünya çempionatının qalibi olub.