4 oktyabr 2026. Bazar günü

Aquero bu səbəbə görə “Barselona”dan 3 milyon avro tələb edib


Aquero bu səbəbə görə “Barselona”dan 3 milyon avro tələb edib

Argentinalı sabiq futbolçu Serxio Aquero əməkdaşlığın dayandırılması ilə bağlı “Barselona”dan 3 milyon avro tələb edib.

90deqiqe.Az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı sabiq futbolçu ürək problemləri səbəbi ilə müqaviləsini ləğv edildikdən sonra “kataloniyalılar”ın ona borclu olduğu bu məbləği ödəmədiyini bildirib.

Klub isə illik hesabatların təqdim edildiyi tarixdə müvafiq prosedur üçün Sosial Məhkəməyə müraciət edib.

Qeyd edək ki, argentinalı hücumçu 2021-ci ildə “Barselona”da keçirdiyi 5 oyunda yalnız bir dəfə fərqlənə bilib.

 

 







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”