- İspaniya L.L.
- 15:45 13.11.2024
"Barselona"nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta, müasir futbolçuların heç birində özünü görmədiyini etiraf edib.
90deqiqe.Az-ın məlumatına görə, "Diario Sport" 40 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Mən özümü heç kimdə görmürəm. Heç vaxt başqası kimi olduğumu hiss etməmişəm, çünki hər kəsin öz mahiyyəti var. Laudrup mənim kumirim idi və özünün də etiraf etdiyi kimi, Pedri mənə hörmət edir. Ola bilsin ki, bəzi oxşarlıqlar var, çünki “Barselona”nın özünəməxsus üslubu var, lakin hər bir oyunçu yenə də fərdidir”
Andres İniesta 1996-cı ildə "Barselona" sisteminə qoşulub və 2018-ci ildə əsas komandanın heyətində 674 oyuna çıxıb klubdan ayrılıb.