- İspaniya L.L.
- 15:36 24.11.2024
"Atletik Bilbao"nun cinah futbolçusu Niko Uilyams gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, "El Mundo" 22 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
"İndi gələcəyim haqqında düşünmürəm. Mən “Atletik”də xoşbəxtəm, azarkeşlər də bundan məmnundur. Bilbao mənim evimdir. Mən burada həyatdan zövq alıram. Mən "Atletik"i ən yüksək səviyyəyə çatdırmaq istəyirəm. Əsas arzum San Mamesdə final oynamaqdır”
Ötən yay "Barselona" və PSJ 22 yaşlı forvardı almaq istəyirdi.
Uilyamsın "Atletik"lə hazırkı əmək müqaviləsi 2027-ci ilə qədərdir. Nüfuzlu Transfermarkt portalının ekspertləri ispaniyalının dəyərini 70 milyon avro qiymətləndirir.