13 dekabr 2024. Cümə

Laporta millinin baş məşqçisini tənqid etdi - "Biz öz maraqlarımızı qorumalıyıq”


Laporta millinin baş məşqçisini tənqid etdi  - "Biz öz maraqlarımızı qorumalıyıq”

"Barselona"nın prezidenti Joan Laporta daha əvvəl futbolçuların artan zədələrinə görə əsas məsuliyyətin milli komandaların deyil, klubların üzərinə düşdüyünü bildirən İspaniya yığmasının baş məşqçisi Luis de la Fuenteni tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, "Football Espana" funksionerin dediklərini belə çatdırıb.

“Əgər [de la Fuente] klubların oyunçularla daha diqqətli olması lazım olduğuna inanırsa, o zaman onlar [milli komandalar] bizə onları beynəlxalq oyunlara buraxmaq və ya buraxmamaq hüququ verməlidir. Onlar futbolçulara maaş verən klublara bu imkanı yaratmağa borcludurlar. Bunu nəzərə almalıyıq. Bəli, futbolçular millidə çox az oyun keçirirlər, amma biz klublar onlara pul veririk.

Biz Pedrinin vəziyyətinin bir daha təkrarlanmasını istəmirik. Lamin həm şənbə, həm də çərşənbə axşamı oynamağa məcbur etmək də axmaqlıq idi. Onu oynamağa məcbur etməkdən xoşum gəlmir.Təbii ki, milli ilə anlaşdıq. Biz öz maraqlarımızı qorumalıyıq”

O, daha əvvəl futbolçuların zədələrinin sayının artmasına görə əsas məsuliyyətin milli komandalarının deyil, klublarının üzərinə düşdüyünü bildirib.Xatırladaq ki, İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Danimarka ilə oyununda (1:0) zədələnmişdi.







İspaniya L.L.

17 yaşlı futbolçu "Real"da debüt edib
  • İspaniya L.L.
  • 11:09 08.12.2024
17 yaşlı futbolçu "Real"da debüt edib