- İspaniya L.L.
- 16:14 11.11.2024
"Barselona"nın prezidenti Joan Laporta futbolçu Lamin Yamalı satmaq istəmədiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, funksioner, "kataloniyalılar"ın vingerini transfer etmək üçün komandasına böyük həcmdə pul təklif etsələr də, onu satmaq istəmədiklərini bildirib.
"Futbolçularımızı almaq istəyənlər yaxşı təklif etməlidirlər. Klubumuza müraciət edərək Yamal üçün 250 milyon avro verirdilər, xeyr dedim. Biz istəyirik ki, "Barselona"da oynayanlar kluba və bir-birinə hörmət etsinlər".
Xatırladaq ki, mətbuatda PSJ-in Yamal üçün "göy-qırmızılar"a 250 milyon avro təklif etdiyi barədə məlumatlar yayılmışdı. Transfermarkt portalına görə isə 17 yaşlı futbolçunun dəyəri 150 milyon avro olaraq qiymətləndirilir.