- İspaniya L.L.
- 23:44 01.12.2024
"Barselona" yarımmüdafiəçisi Qavi ilə yeni müqavilə bağlamaq niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano Kataloniya nəhənginin prezidenti Joan Laportanın dediklərini belə çatdırıb:
"Mən Qavinin müqaviləsinin uzadılacağını təsdiq edə bilərəm".
Qavinin yaşıl meydanlara qayıdışı bazar günü La Liqanın "Sevilya" ilə matçında baş tuta bilər..20 yaşlı yarımmüdafiəçi çarpaz bağın yırtılması səbəbindən ötən ilin noyabrından bəri meydana çıxmayıb.