4 oktyabr 2026. Bazar günü

"Barselona" "Sevilya"nı darmadağın etdi


"Barselona" "Sevilya"nı darmadağın etdi

İspaniya La Liqasının 2024/2025-ci il mövsümünün 10-cu turun oyunları keçirilir.

 90deqiqe.Az-ın məlumatına görə, "Barselona" evdə "Sevilya"nı qəbul edib. Maraqlı və gərgin keçən matçda meydan sahibləri 5:1 hesabı ilə qalib gəlib.

"Atletiko Madrid" doğma meydanda "Leqanes"i qəbul edib və inamlı qələbə qazanıb.

"Vilyarreal" - "Xetafe" matçında qalib müəyyənləşməyib.

Keçirilən 10 oyundan sonra "Barselona" 27 xalla La Liqa turnir cədvəlində birinci yerdədir. "Sevilya" da eyni sayda oyundan sonra 12 xalla 13-cü yerdədir. "Atletiko" isə 20 xalla üçüncü pillədə qərarlaşıb.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”