19 avqust 2026. Çərşənbə

Ançelotti Karvaxala əvəzləyici tapıb


Ançelotti Karvaxala əvəzləyici tapıb

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın zədəli  oyunçusu Daniel Karvaxala əvəzləyici tapıb.

90deqiqe.Az "AS" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Karvaxalın heyətdəki boşluğunu "Kastilla"nın 20 yaşlı müdafiəçisi David Ximenesi transfer etməklə doldurmaq niyyətindədir.

Ançelotti gənc oyunçunu La Liqa matçları üçün "Real"ın heyətinə daha tez-tez oyunlara çıxarmağı planlaşdırır.

Xatırladaq ki, Daniel Karvaxal bir müddət əvvəl ciddi zədə alıb və mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb. Hazırda Karlo Ançelottinin himayəsində olan “kral klubu” İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.







İspaniya L.L.