26 oktyabr 2024. Şənbə

"Levandovski 43 yaşına qədər oynaya bilər"


"Levandovski 43 yaşına qədər oynaya bilər"

"Barselona"nın keçmiş hücumçusu Serxio Aquero "mavi qranatlar"ın hücumçusu Robert Levandovski haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Barsa Universal" 36 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb.

"Levandovski 42 və ya 43 yaşına kimi oynaya bilər. O, artıq eyni çevikliyə malik olmaya bilər, lakin o, qol vurmağa davam edəcək qədər ağıllıdır”

Bu mövsüm 36 yaşlı Levandovski bütün turnirlərdə 13 matçda meydana çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə verib. Polşalı hücumçunun "Barselona" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 15 milyon avrodur.







İspaniya L.L.

 "Sevilya"dan inamlı qələbə
  • İspaniya L.L.
  • 01:17 26.10.2024
"Sevilya"dan inamlı qələbə
Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər