27 oktyabr 2024. Bazar günü

“El Klasiko”nun qalibi - Barselona


“El Klasiko”nun qalibi   -  Barselona

İspaniya çempionatında 11-ci turun oyunları keçirilir.

90deqiqe.Az xəbər verir ki, "Real Madrid" doğma meydanda "Barselona"nı qəbul edib.

"El Klasiko" görüşündə qonaqlar böyük hesablı qələbəyə sevinən tərəf olub. Kataloniya təmsilçisinin qələbə qollarına hücumçular Robert Levandovski, Lamin Yamal və Rafinya Diaz imza atıb.

Xatırladaq ki, “mavi qranatlar” bu günə qədər ardıcıl 4 dəfə (2:3, 1:4, 1:2, 0:4) “qaymaqlılar”a uduzmuşdu. 11 turdan sonra "Barselona" 30 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar artıq ikinci pillədəki "Real Madrid"i 6 xal qabaqlayıb.







İspaniya L.L.

“El Klasiko”nun qalibi   -  Barselona
  • İspaniya L.L.
  • 01:11 27.10.2024
“El Klasiko”nun qalibi - Barselona
Modriç "El Klasiko" rekordçusu oldu
  • İspaniya L.L.
  • 00:58 27.10.2024
Modriç "El Klasiko" rekordçusu oldu
 "Sevilya"dan inamlı qələbə
  • İspaniya L.L.
  • 01:17 26.10.2024
"Sevilya"dan inamlı qələbə