22 mart 2026. Bazar günü

Yamal futbolda böyük hədəfini açıqladı


Yamal futbolda böyük hədəfini açıqladı

"Barselona"nın vingeri Lamin Yamal "Qızıl top" mərasimində ən yaxşı gənc oyunçu mükafatı alması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Movistar Plus" 17 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Ümid edirəm ki, ən qısa zamanda “Qızıl top”u qazanacağam. Ən əsası meydanda əylənməkdir. Sevinclə oynayanda hər şey daha yaxşı olur”

Xatırladaq ki, bazar ertəsi axşam “Qızıl top” yayda İspaniya millisinin heyətində Avropa çempionu olmuş yarımmüdafiəçi Rodriyə təqdim edilib. Rodrinin qələbəsi mübahisəli oldu, çünki Vinisius Junior favorit hesab olunurdu. Real Madrid təmsilçiləri hətta Parisdə keçirilən mərasimi boykot ediblər.







İspaniya L.L.

"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi