- İspaniya L.L.
- 15:45 13.11.2024
"Barselona"nın vingeri Ansu Fati qış transfer pəncərəsində komandanı tərk edə bilər.
90deqiqe.Az-ın “Diario Sport”a istinadən məlumatına görə, futbolçunun agenti Xorxe Mendes “Barselona”dan klubun Fati ilə bağlı planlarını soruşub və “mavi qranatlar”ın rəhbərliyi agentə aydın şəkildə bildirib ki, Fatinin gələcəyini özü həll edə bilər.
Xatırladaq ki, Fati “Barselona”nın məzunudur. Bu mövsüm 21 yaşlı cinah yarımmüdafiəçisi bütün turnirlər də daxil olmaqla 5 matçda iştirak edib və heç bir effektli olmayıb. Fatinin Kataloniya klubu ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 15 milyon avrodur.