- İspaniya L.L.
- 16:16 21.11.2024
La Liqa növbəti turun oyunlarının qasırğa qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla başlanacağını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə yerli qurumun mətbuat xidməti məlumat yayıb.
“La Liqa bu həftəsonu La Liqanın bütün oyunlarında qasırğa qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla yad edəcək. Bütün İspaniya futbol klubları kimi, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk.Peşəkar futbol buna görə də başsağlığı verməyə qoşulur və həlak olanların və itkin düşənlərin ailələri ilə həmrəy olduğunu bildirir"
Bundan əvvəl məlum olmuşdu ki, İspaniya Kral Futbol Federasiyası qasırğanın nəticələrinə görə İspaniya Kubokunun birinci mərhələsinin iki oyununu - "Valensiya" ilə "Parla Eskuela", həmçinin "Levante" ilə "Pontevedra" arasında təxirə salıb. Bu qarşılaşmalar bu gün, oktyabrın 30-da baş tutmalı idi.