30 iyun 2026. Çərşənbə axşamı

Ançelotti Mbappenin oyunundan narazıdır


Ançelotti Mbappenin oyunundan narazıdır

"Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti ulduz hücumçu Kilian Mbappenin oyun səviyyəsindən narazıdır.

90deqiqe.Az-ın “GiveMeSport”a istinadən məlumatına görə, təcrübəli mütəxəssis 25 yaşlı futbolçunun cari mövsümdə bəzi matçlarda göstərdiyi səylərdən narazı qalıb.

Ançelotti hesab edir ki, fransalı forvard komandaya balanssızlıq gətirib. İtaliyalı məşqçi Mbappenin müdafiə üzərində işləmək istəməməsindən xüsusilə qəzəblənir.

Bundan əvvəl mətbuatda "Real Madrid"in qalan oyunçularının da fransız futbolçunun zəif müdafiə oyunundan narazı olduğu haqda məlumatlar yayılmışdı.

Xatırladaq ki, Kilian Mbappe bu mövsüm İspaniya liqasında “kral klubu”nun heyətində on oyun keçirib, burada altı qol vurub və bir məhsuldar ötürmə edib.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"