- İspaniya L.L.
- 13:35 21.11.2024
"Barselona"nın idman direktoru Deko Qavinin gələcəyi mövzusunda danışıb.
90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" Dekonun dediklərini belə çatdırıb.
“Qavi xüsusi oyunçudur, o, bütün lazımi keyfiyyətlərə malikdir. Onun cəmi 20 yaşı var, amma 26-27 kimi görünür. Gavinin böyük gələcəyi var. Məncə, onun üçün “Barselona”dan daha uyğun klub yoxdur. Mən onun yaşında Qavinin yerində olsaydım, uzun illər burada xoşbəxt qalardim. Məncə o da eyni fikirdədir. Müqavilə danışıqları ikitərəfli prosesdir və futbolçu istəsə, müqavilə imzalanacaq. Düşünürəm ki, Qavi də Pedri kimi qalmaq istəyir”
20 yaşlı futbolçu ötən ilin noyabrından bəri onu sıradan çıxaran zədəsini bu yaxınlarda sağaltdı. Yarımmüdafiəçinin Kataloniya nəhəngi ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.