4 oktyabr 2026. Bazar günü

Flik Arauxonun vəziyyəti ilə bağlı danışıb


Flik Arauxonun vəziyyəti ilə bağlı danışıb

"Barselona"nın çalışdırıcısı Hans-Diter Flik komandanın müdafiəçisi Ronald Arauxonun vəziyyətini şərh edib.

90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis uruqvaylı futbolçunun hər gün məşqlərdə daha yaxşı göründüyünü bildirib.

"Onun qayıdışı tarixini bilmirəm, amma Ronald buna yaxındır" 

Xatırladaq ki, Ronald Arauxo Uruqvay millisinin tərkibində Braziliya millisi ilə Amerika kubokunun 1/4 final matçında zədələnmişdi. Bu İspaniya çempionatı kampaniyasında müdafiəçi hələ futbol meydançasına çıxmayıb.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”