- İspaniya L.L.
- 16:28 19.02.2025
Fransanın PSJ-nin sabiq futbolçusu Jerom Roten "Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "RMC Sport" 46 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Problem ümumiyyətlə meydandakı mövqedə deyil. Mbappe artıq əvvəlki oyunçu deyil. Kilian öz səviyyəsinə qayıda bilsə, o zaman mövqedə problem olmayacaq. Onun futbolu heyran qalacaq"
İspaniya çempionatının bu mövsümündə Mbappe 13 oyun keçirib, 8 qol vurub və bir məhsuldar ötürmə edib. Kilianın kral klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Futbolçunun transfer hədəfinin 180 milyon avro olduğu bildirilir.