16 dekabr 2025. Çərşənbə axşamı

"Real"la "Siti" futbolçu mübadiləsi edə bilər


"Real"la "Siti" futbolçu mübadiləsi edə bilər

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola heyətini gücləndirməyi düşünür.

90deqiqe.Az “El Gol Digital”a istinadən xəbər verir ki, İspaniyalı mütəxəssis hazırda "Real Madrid"də çıxış edən hücumçu Rodriqonu komandasında görmək istəyir.

Madrid klubunun prezidenti Florentino Peres, müqavilə çərçivəsində Erlinq Haaland  Los Blankosa keçərsə, Rodriqonu buraxmağa hazır olacaq.

Bildirilir ki, Peres “Mançester Siti”nin Rodriqo ilə maraqlanmasını Haalandı almaq üçün yaxşı fürsət hesab edir. Norveçli  forvard uzun müddətdir ki, "Real Madrid"in radarındadır. Eyni zamanda, Qvardiola Rodriqonun qarşılığında belə Haalandı buraxmaq istəmir.

“Mançester Siti”nin baş məşqçisi heyətində hər iki futbolçunu görür. Bundan əlavə, Haaland və Rodriqonun fərqli qiymətləri var - Transfermarkt-a görə, müvafiq olaraq 200 və 110 milyon.







İspaniya L.L.

 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə
“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”