- İspaniya L.L.
- 23:16 19.12.2024
Barselona şəhər şurasının stadionla bağlı öhdəliyi səbəbindən birinci mərhələdən sonra Çempionlar Liqası oyunlarını "Olimpiya Stadio"da keçirə bilməyəcək.
90deqiqe.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, bu səbəbdən klub rəhbərliyi alternativ variantlar axtarır. Bildirilir ki, UEFA birinci mərhələdə olduğu kimi, "Barselona"nı yarışın sonuna qədər qalan bütün pley-off oyunlarını bir stadionda keçirməyi öhdəsinə qoyur. Bu səbəbdən klub yaxın günlərdə seçim etməli olacaq.
Əgər “Barselona” ilk səkkizliyi bitirə bilməsə və ikinci mərhələyə vəsiqə qazanmaq üçün pley-offda oynamaq məcburiyyətində qalacaqsa, klub yanvarın 31-də keçiriləcək püşkatmaya qədər öz stadionu ilə bağlı qərar verməlidir. Lakin kataloniyalılar 11 və 18 fevralda baş tutacaq matçlara hazır olmadığı üçün "Kamp Nou"ya qayıda bilməyəcək.
Xatırladaq ki, əfsanəvi Barselona stadionu 2023-cü ilin yayında yenidənqurma üçün bağlanıb. İşlərin yalnız 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur. Komanda indi şəhərin Montjuic təpəsindəki Kamp Nou ilə eyni hissəsində yerləşən "Olimpiya Stadio"nunda oynayır.