21 dekabr 2025. Bazar günü

Flik onun transferində israr edir


Flik onun transferində israr edir

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska ilə maraqlanır.

90deqiqe.Az-ın "Diario Sport"a istinadən məlumatına görə, alman çalışdırıcı “Barselona” rəhbərliyinə açıq şəkildə əgər klubun qışda yeni futbolçu almağa imkanı çatsa, o zaman 29 yaşlı alman yarımmüdafiəçi Leon Qoretskanı komandasında görmək istədiyini bildirib.

Bu mövsüm futbolçu bütün turnirlər də daxil olmaqla 17 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Qoretskanın "Bavariya" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.







İspaniya L.L.

Mbappe Ronaldonun rekordunu təkrarladı
  • İspaniya L.L.
  • 15:02 21.12.2025
Mbappe Ronaldonun rekordunu təkrarladı
"Real" onu icarəyə göndərir
  • İspaniya L.L.
  • 23:52 19.12.2025
"Real" onu icarəyə göndərir