22 yanvar 2025. Çərşənbə

Aspas "Selta Viqo" ilə müqaviləsini uzadıb


Aspas "Selta Viqo" ilə müqaviləsini uzadıb

Hücumçu İaqo Aspas "Selta" ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı forvardın müqaviləsi 2026-cı ilin ortalarına qədər uzadıb.

İspaniya çempionatının bu mövsümündə 37 yaşlı forvard 16 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. La Liqanın 18 turundan sonra "Selta" 24 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. İspaniya çempionatının növbəti oyununda Viqo klubu səfərdə “Rayo Valyekano” ilə qarşılaşacaq. Qarşılaşma cümə günü, yanvarın 10-da baş tutacaq. Başlanğıc fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.







İspaniya L.L.

"İndi "Real Madrid"də çox xoşbəxtəm"
  • İspaniya L.L.
  • 17:07 20.01.2025
"İndi "Real Madrid"də çox xoşbəxtəm"
"Barselona"da çox xoşbəxtəm"
  • İspaniya L.L.
  • 16:55 20.01.2025
"Barselona"da çox xoşbəxtəm"