- İspaniya L.L.
- 21:26 06.01.2025
"Barselona"nın qapıçısı Voyçex Şesni İspaniya Kral Kubokunda "Barbastro" ilə matçda (4:0) komandanın heyətində debütündən duyğularını bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "SPORT" təcrübəli qolkiperin dediklərini belə çatdırıb.
“Mən xoşbəxtəm. Bu, səhv etmək istəmədiyiniz matçlardan biridir, oyuna düzgün münasibətlə yanaşmaq vacibdi. Əlbəttə, gizlətmirəm ki, debütdən əvvəl narahat idim, amma komandamın oyunu mənim tapşırığımı xeyli asanlaşdırdı”
Xatırladaq ki, 34 yaşlı polşalı qolkiper karyerasını başa vurduqdan iki ay sonra bərpa etsə də, oktyabrda “Barselona” ilə mövsümün sonuna qədər müqavilə imzalasa da, kataloniyalıların heyətində yalnız son görüşdə debüt edib.