7 iyul 2026. Çərşənbə axşamı

Laporta maliyyə problemlərinə baxmayaraq "Barselona"ya bu ulduzu gətirmək istəyir


Laporta maliyyə problemlərinə baxmayaraq "Barselona"ya bu ulduzu gətirmək istəyir

"Barselona" ciddi maliyyə çətinlikləri yaşayır.

90deqiqe.Az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta buna baxmayaraq heyəti  gücləndirmək niyyətindədir. Klub rəhbərliyi "Milan"dan hücumçu Rafael Leaunu "Barselona"ya gətirmək arzusundadır.

Eyni zamanda, "Sportinq"dən Viktor Qyökeres "mavi qranatlar" üçün B planıdır.

25 yaşlı Leaunun "Milan"la 2028-ci ilin ortalarına qədər qüvvədə olan müqaviləsi var. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri portuqaliyalıya 75 milyon avro qiymət qoyub. "Barselona" hazırda İspaniya Superkubokunun yarımfinalında "Atletik"lə qarşılaşmağa hazırlaşır. Komandalar yanvarın 8-də qarşılaşacaqlar.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"