22 fevral 2025. Şənbə

"Barselona" Fatini yenə göndərir


"Barselona" Fatini yenə göndərir

"Barselona" gənc hücumçu Ansu Fati üçün fəal şəkildə yeni komanda tapmağa çalışır.

90deqiqe.Az "El Correo de Andalucia"ya istinadən xəbər verir ki, Kataloniya klubu 22 yaşlı futbolçunu bu qış transfer dövründə göndərmək istəyir. “Mavi qranatlar”ın baş məşqçisi Hans-Diter Flik forvardı gələcək planlarında düşünmür.

"Barselona" bu səbəbdən ispan oyunçunu "Betis"ə mövsümün sonuna qədər icarəyə verməyi təklif edib.

Qeyd edək ki, Fatinin kataloniyalılarla hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Mütəxəssislər futbolçunun transfer dəyərini 15 milyon avro qiymətləndirirlər.

Xatırladaq ki, bu mövsüm Ansu Fati "Barselona"nın heyətində İspaniya çempionatında 4 oyun keçirib. Ötən mövsüm Fati "Brayton"da icarə əsasında Premyer Liqada çıxış edib.







İspaniya L.L.

"Biz hakimlərə etibar etməliyik"
  • İspaniya L.L.
  • 22:07 21.02.2025
"Biz hakimlərə etibar etməliyik"
“Real”a getməkdənsə...
  • İspaniya L.L.
  • 20:24 20.02.2025
“Real”a getməkdənsə...
La Liqada ayın oyunçusu kim olacaq?
  • İspaniya L.L.
  • 21:25 19.02.2025
La Liqada ayın oyunçusu kim olacaq?
Bellinqhem iki oyunluq cəzalandırıldı
  • İspaniya L.L.
  • 16:59 19.02.2025
Bellinqhem iki oyunluq cəzalandırıldı