- İspaniya L.L.
- 21:22 13.01.2025
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Atletik"lə yarımfinal matçında (2:0) qapıçı İnyaki Penyanın əsas heyətdə yer almamasından danışıb.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
"İnaki Penanı cəzalandırdım, ona görə də onu yarımfinala buraxmadım. O, üçüncü dəfə gecikdi və mən onu ehtiyat oyunçular skamyasına qoymaq qərarına gəldim."
Xatırladaq ki, Voyçex Şesni İspaniya Superkubokunun yarımfinalında “Barselona”nın qapısını qorumuşdu.
Bu mövsüm 25 yaşlı Penya bütün yarışlarda 19 oyun keçirib, 22 qol buraxıb və altı dəfə qapısını təmiz saxlayıb. Yanvarın 12-də İspaniya Superkubokunun finalı keçiriləcək və "Barselona" "Real Madrid"lə qarşılaşacaq.