- İspaniya L.L.
- 21:22 13.01.2025
"Barselona"nın yarımmüdafiəçisi Pedri klubu ilə mümkün müqavilənin uzadılması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, ispan futbolçu bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"Hazırda agentlərim və klub mənə hər şeyin yaxşı getdiyini deyir. Amma mən düşünmürəm ki, indi bu barədə danışmaq üçün doğru vaxtdır, xüsusən də böyük finaldan əvvəl"
İspan yarımmüdafiəçi 2019-cu ildən "Barselona"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 27 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Pedrinin kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Transfermarkt-ın məlumatına görə, futbolçunun dəyəri 100 milyon avrodur.