- İspaniya L.L.
- 20:48 17.01.2025
"Barselona"nın sabiq yarımmüdafiəçisi İvan Rakitiç Kataloniya klubunun cinah oyunçusu Lamine Yamal haqda danışıb
90deqiqe.Az xəbər verir ki, "Marca" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.
“Bu fenomenal bir şeydir. Xavini Berlində gördüyümü xatırlayıram və o, "Bu dəlilikdir" dedi. "Barselona"nın uzun illər üçün bir ulduzu var".
17 yaşında Yamal artıq təkcə "Barselona"nın deyil, həm də İspaniya millisinin hücumunun liderlərindən biridir. Bu mövsüm Lamine kataloniyalıların heyətində bütün turnirlərdə 24 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Yamalın Barselona ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir; klubun öz yetirməsi ilə müqaviləni uzatmaq istədiyi barədə mətbuatda dəfələrlə məlumat yayılıb.