5 fevral 2025. Çərşənbə

Florentino Peresin namizədliyi təsdiqləndi


Florentino Peresin namizədliyi təsdiqləndi

Seçki Komissiyası "Real Madrid"in hazırkı prezidenti Florentino Peresin ötən cümə günü təqdim etdiyi namizədliyini təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Marca” xəbər verir.

Qeyd olunur ki, klub prezidenti vəzifəsinə ərizələrin verilməsi üçün son müddət yanvarın 18-i şənbə günü yerli vaxtla saat 23:59-da (Bakı vaxtı ilə 02:59) başa çatır. Hələlik Peres yeganə namizəd olaraq qalır və günün sonuna kimi başqaları çıxmasa, o, seçkisiz qalib gələcək. Bu halda o, gələn həftə, çərşənbə axşamı, yanvarın 21-də 2029-cu ilə qədər rəsmi olaraq Real Madridin prezidenti elan olunacaq.

Peres 2009-cu ildən "Real Madrid"in prezidentidir. Sonrakı bütün seçkilərdə, 2013, 2017 və 2021-ci illərdə də o, yeganə namizəd olaraq qalıb.







İspaniya L.L.

Yenidən sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:57 04.02.2025
Yenidən sıradan çıxdı
"Barselona" onu göndərmək istəmir
  • İspaniya L.L.
  • 00:18 04.02.2025
"Barselona" onu göndərmək istəmir
"Yamal ilə işləmək fantastikdir"
  • İspaniya L.L.
  • 10:47 03.02.2025
"Yamal ilə işləmək fantastikdir"