4 oktyabr 2026. Bazar günü

"Real" dünyanın ən yaxşı klubudur"


"Real" dünyanın ən yaxşı klubudur"

"Real"ın hücumçusu Kilian Mbappe "Las Palmas" üzərində 4:1 hesablı qələbədən açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Madrid Zone" fransalı forvardın dediklərini belə çatdırıb.

 “Superkubok finalındakı məğlubiyyətdən sonra ("Barselona"ya 2-5) insanlar narazı idi, amma bu normaldır. "Real Madrid"də oynayanda hər matçda qalib gəlməlisən. "Real" dünyanın ən yaxşı klubudur. Burada oynayan hər bir oyunçu liderdir.Biz ümumi məqsəd üçün birləşmişik - bu mövsüm bütün mümkün kubokları qazanmaq".

Fransız futbolçu iki qol vuraraq La Liqa matçının qəhrəmanlarından birinə çevrilib. Hücumçunun daha bir qolu isə oyundankənar vəziyyət səbəbindən alınmadı.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”