- İspaniya L.L.
- 17:24 21.01.2025
"Barselona"nın hücumçusu Rafinya Dias Kataloniya komandasında özünü necə hiss etdiyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, braziliyalı forvard "Barca Universal"a "Barselona"da çox xoşbəxt olduğunu söyləyib.
"Kapitan sarğısı mənim üçün xüsusi qürur mənbəyidir"
Xatırladaq ki, Rafinya Diaz cari mövsümdə İspaniya çempionatında “mavi qranatlar”ın heyətində 20 oyun keçirib və 11 qol vurub və 6 məhsuldar ötürmə edib. "Barselona" hazırda La Liqa cədvəlində üçüncü yerdədir. Braziliyalının Kataloniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Mütəxəssislər forvardın transfer dəyərini 80 milyon avro qiymətləndirirlər.