- İspaniya L.L.
- 15:47 26.01.2025
"Real Madrid"in prezidenti Florentino Peres braziliyalı hücumçu Vinisius Juniorla bağlı planları barədə qərar verib.
90deqiqe.Az "Sport.es"ə istinadən xəbər verir ki, funksioner, 2027-ci ilə qədər hücumçunun transferi ilə bağlı danışıqlara başlamaq niyyətində deyil.
Peres ulduzu "Real Madrid"də saxlamaq istəyir. O, mövsümün sonunda Vinisiusa yeni müqavilə təklif edəcək.
Bundan əvvəl Səudiyyə klublarının braziliyalı üçün 350 milyon avro təklif etməyə hazır olduğu bildirilirdi.
Müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq. Junior özü də Madriddə qalmağın əleyhinə deyil. Braziliyalı bu mövsüm La Liqada 15 oyunda 8 qol vurub.