8 aprel 2026. Çərşənbə

Bellinqhem İspaniyada mükafat qazanıb


Bellinqhem İspaniyada mükafat qazanıb

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqhem İspaniyada mükafat qazanıb.

90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu yanvarın İspaniya çempionatının ən yaxşı gənc futbolçusu seçilib. Söhbət 23 yaşa qədər yaş kateqoriyasında olan futbolçulardan gedir. Bu barədə məlumat La Liqanın rəsmi saytında dərc olunub.

Son bir ayda Bellinqhem İspaniya çempionatının üç oyununda iştirak edib. Onlarda "Real Madrid"in yarımmüdafiəçisi komanda yoldaşlarına bir qol vurub və iki məhsuldar ötürmə edib. Bu üç oyunda “qaymaqlılar” “Valensiya” (2:1), “Las Palmas” (4:1) və “Valyadolid”ə (3:0) qalib gəlib. "Real Madrid" hazırda La Liqa turnir cədvəlinin zirvəsindədir. İkinci yerdə olan “Atletiko” dörd xal, üçüncü yerdə olan “Barselona” yeddi xal geridədir.







İspaniya L.L.

“Qavi komandamızın ruhudur”
  • İspaniya L.L.
  • 22:11 07.04.2026
“Qavi komandamızın ruhudur”
"Betis" evdə xal itirdi
  • İspaniya L.L.
  • 22:43 04.04.2026
"Betis" evdə xal itirdi
“Bu məğlubiyyət tam mənə aiddir”
  • İspaniya L.L.
  • 22:38 04.04.2026
“Bu məğlubiyyət tam mənə aiddir”
“Real” səfərdə uduzdu
  • İspaniya L.L.
  • 22:17 04.04.2026
“Real” səfərdə uduzdu