- İspaniya L.L.
- 19:00 02.02.2025
"Real Madrid"in müdafiəçisi Antonio Rudiger sıradan çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, alman futbolçu dünən La Liqada "Espanyol"a qarşı keçirilən oyunda zədələnib.
Müayinə nəticəsində Rüdigerin sağ ayağının iki başlı bud əzələsindən zədə aşkarlanıb. “Qaymaqlılar” 31 yaşlı futbolçunun sağalma müddəti ilə bağlı məlumat verməyib.
2024/2025 mövsümündə Antonio Rüdiger 34 matçda iştirak edib, komanda yoldaşına iki qol vurub və bir məhsuldar ötürmə edib. “Real Madrid” bir gün əvvəl “Espanyol”a uduzsa da (0:1) İspaniya çempionatının lideri olaraq qalır.